AZ

“Papaların mistik proqnozu” gerçək olur? - Qiyamətə son 2 il

Katolik dünyasının ruhani lideri və Vatikan dövlət başçısı Papa Fransiskin səhhətinin ağır olması ilə bağlı xəbərlər yayılmağa davam edir. Bu vəziyyət həm Vatikanı, həm də Papalıq taxtını yenidən müzakirə mövzusuna çevirib. Məhz bu çərçivədə 2024-cü ildə Vatikanın Gizli Arxivlərində tapıldığı iddia edilən və 900 il əvvələ aid olduğu bildirilən "Papaların mistik proqnozları" adlı kitab yenidən gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, məlumata görə, kitabda Qiyamət Gününün tarixi ilə bağlı şok iddialar yer alıb. Kitabda Xristian inanclarına əsasən, İsanın yenidən Yerə qayıdaraq kimin xilas olub, kimin məhkum ediləcəyini müəyyənləşdirəcəyi Qiyamət Gününün 2027-ci ildə baş verəcəyi qeyd edilib.

12-ci əsrdə yaşamış olan Müqəddəs Malaxinin qələmə aldığı bildirilən "Papaların mistik proqnozları" kitabında hər papanın qısa və sirli latın ifadələri ilə təsvir olunduğu deyilir. Kitabın 1143-cü ildən etibarən bütün papaları detallı şəkildə təsvir etdiyi və Papa Fransisklə sona çatdığı iddia olunur.

Kitabın 1595-ci ildə rahib Arnold Vion tərəfindən tapıldığı bildirilir. Orada bu ifadələr yer alır: "Müqəddəs Roma Kilsəsinin son zülmü zamanı əhalisini ağır çətinliklər içində idarə edəcək Romalı Petrus hökm sürəcək. Daha sonra yeddi təpəli şəhər (Roma) yıxılacaq və Dəhşətli Hakim insanları mühakimə edəcək. Son".

Bəzi iddiaçılar bunun Papa Fransiskin son papa olacağına işarə etdiyini düşünür.

2024-cü ildə yayımlanan sənədli filmdə Papa Sixtus V-yə aid olduğu iddia edilən 1585-ci il tarixli bir yazıya istinad edilir. Bu mətnin içində "Bir işarənin ortasındakı ox" ifadəsinin olduğu bildirilir. Belə ki, Sixtus V-nin ilk papanın hakimiyyətindən 442 il sonra vəzifəyə başlaması və bu ifadənin proqnozun mərkəzi olması nəzərə alınaraq dünyanın da bundan 442 il sonra – yəni 2027-ci ildə sona çatacağı barədə nəzəriyyələr ortaya atılıb.

Bəzi alimlər Malaxinin proqnozlarının 16-cı əsrdə yazılmış saxta bir mətn olduğunu iddia etsələr də, digərləri onun Roma səfəri zamanı gördüyü bir görüntüdən ilhamlanaraq bu proqnozları yazdığını bildirir. Kitabdakı 112 cümlənin 1590-cı ilə qədər çox dəqiq olduğu, bu tarixdən sonra isə qeyri-müəyyənləşdiyi deyilir.

Son dövrlərdə dünyada artan böhranlar və silahlı münaqişələr də bu proqnozların aktuallığını artırır. Ukrayna müharibəsi, ABŞ-Çin gərginliyi və Yaxın Şərqdəki qarşıdurmalar dünya müharibəsi qorxusunu alovlandırır. Nüvə silahları ilə bağlı yenidən başlanan araşdırmalar isə Qiyamət Günü narahatlığını daha da gücləndirir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
21
yenisabah.az

1Mənbələr