AZ

Görün Priqojin Putini devirib nə etmək istəyirmiş

“Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin 2023-cü il iyunun 24-də baş verən üsyan zamanı nüvə silahını ələ keçirmək istəyib.

Publika.az xəbər verir ki, yeni təfərrüatları Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufalla müsahibəsində açıqlayıb.

Söhbət zamanı Naufal təxminən iki il əvvəl baş vermiş hadisələri - silahlı üsyan cəhdini və Lukaşenko ilə “Vaqner” rəhbəri arasında sonrakı danışıqları xatırladıb.

“Qərb bunu hiss etdi, mən də o vaxt hiss etdim: Priqojin nüvə düyməsinə tərəf tələsirdi. Qərblilər də etiraf edirdilər ki, həmin dövrdə o, mövcud hökuməti devirə və nüvə silahını ələ keçirə bilər”, - Lukaşenko deyib.

Siyasətçinin sözlərinə görə, o, Priqojinin planlarını dərhal deyil, yalnız həmin gün günortaya doğru anlayıb və belə bir dəlilik ola biləcəyini düşünməyib.

Seçilən
38
publika.az

1Mənbələr