NBA-da növbəti oyun gecəsi baş tutdu və azarkeşlər bol həyəcan, yüksək xal və möhtəşəm fərdi çıxışlarla dolu matçlara şahidlik etdilər.
Offsideplus.az xəbər verir ki, gecənin qarşılaşmalarında bəzi komandalar mövsümün əvvəlindən güclü çıxışını davam etdirərkən, digərləri isə gözlənilməz nəticələr göstərərək diqqət çəkdi.
Xüsusilə Cleveland Cavaliers və Los Angeles Lakers kimi komandalar böyük hesablı qələbələri ilə fərqləndi.
Toronto Raptors isə son anlarda qazandığı qələbə ilə dramatik bir nəticəyə imza atdı.
Phoenix Suns və LA Clippers arasındakı matç isə ən gərgin oyunlardan biri oldu, çünki fərq cəmi 2 xal idi.
Bucks, Warriors və Pacers kimi favoritlər də gecəni qələbə ilə başa vurdu.