Sinqapur Müdafiə Nazirliyi sifariş verdiyi dörd gəmini tamamlamaq üçün daha iki “İnvinsibl” sinifli dizel-elektrikli sualtı qayıq almağa hazırlaşır.
Herbiand.az bildirir ki, bunu Sinqapur parlamentinin təchizat komitəsində dinləmələr zamanı müdafiə naziri Nq Enq Hen deyib.
Onun sözlərinə görə, sualtı qayıqların 2028-ci ilə qədər istismara verilməsi planlaşdırılır: "Amma bir donanma üçün dörd sualtı qayıq kifayət deyil. Sualtı qayıqlar daha ciddi və tez-tez texniki xidmət dövrlərindən, yoxlamalardan keçir. Buna görə də əksər donanmalarda dörddən çox sualtı qayıq var”.
Bəxtiyar CƏFƏRLİ