AZ

Trampa əmr verən gizli qüvvələr: onlar kimlərdir? – Adlar

ABŞ Prezidenti Donald Trampın son zamanlar verdiyi açıqlamalar, atdığı addımlar diqqət çəkir. Ekspertlər onun xüsusilə Ukrayna müharibəsi ilə bağlı mövqeyinin arxa plandakı qüvvələrin fikri olduğunu iddia edirlər.

Trampa əmr verənlər kimlərdir? ABŞ "dərin dövləti", dünyanı idarə edən məşhur ailələr, yoxsa başqa güclər?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, Tramp və komandası ilk 40 günlük prezidentlik dönəmində radikal addımları ilə yadda qaldı:

"Ölkənin əsas müttəfiqləri sayılan Kanada, eləcə də Avropa İttifaqına tətbiq olunan yeni tariflər, sənədsiz miqrantların ölkədən qovulması, Rusiya-Ukrayna mövzusu ətrafında baş verənlər buna nümunədir. Görünən odur ki, ABŞ prezidenti və onu dəstəkləyən "milyarderlər ittifaqı" həm Avrasiya, həm də qlobal miqyasda daimi sülhün tərəfdarıdır. Mən Trampın andiçmə mərasimində ona dəstək olan texnologiya nəhənglərinin rəhbərlərini nəzərdə tuturam. Məsələn,  "Tesla" və "Space X"in əsas sahibi İlon Mask, "Meta"nın Baş direktoru Mark Zukerberq, "Amazon"un qurucusu Cef Bezos, eləcə də "Apple", "Tiktok", "Open AI"nin baş icraçı direktorları tədbirdə iştirak edirdi.  Yayılan məlumatlara əsasən, ABŞ mərkəzli bir çox nəhəng texnologiya şirkətinin rəhbərliyi ilə amerikan bürokratiyası arasında narazılıqlar var. İddialara görə, ABŞ daxilindəki hazırkı bürokratik qaydalar texnologiya nəhənglərinin qarşısında maneələr yaradır. Bu baxımdan "milyarderlər ittifaqı"nın Trampla yaxınlaşması məntiqə uyğundur".

Ekspert xatırladıb ki, "Apple" şirkəti yaxın 4 il ərzində ABŞ iqtisadiyyatına 500 milyard dollar sərmaye qoyacağı və 20 min yeni iş yeri yaradacağı ilə bağlı öhdəlik götürüb:

"Qarşıdakı müddətdə digər texnologiya nəhəngləri də ABŞ iqtisadiyyatına böyük miqdarda investisiyalar yatıracaq, bir çox bürokratik əngəl aradan qaldırılacaq. Ümumilikdə isə bu əməkdaşlıq gələcəkdə ABŞ-ı fərqli yerə apara bilər. Dünyanın yaxın zamanlarda tamamilə yeni dövrə daxil olması və texnologiya nəhənglərinin burada əsas lokomotiv rolunu oynaması mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr