Beynəlxalq aləmdə hadisələrin sürətlə dəyişdiyi bir məqamda İrandakı həmin mühafizəkar rejim yenə köhnə bayatılarını səsləndirir. Bəlkə də Məsud Pezeşkianın islahatçı ideyalarının gerçəkləşməsi rejimin siyasi və iqtisadi sferada qurtuluşu ola bilərdi. Amma, lakin bu zehniyyatın Pezeşkianın islahatlarını qəbul etmədiyi ortadadır.
Orta Şərqdə öz proksi qüvvələrini bi-bir itirən, ciddi sanksiyalarla üzləşən, beynəlxalq münasibətlərdən tədricən təcrid olunan molla rejiminin artıq necə düşünməsi önəmli deyil. Çünki, dünyada gedən geosiyasi, geoiqtisadi proseslərə təsir etmək üçün özün həddindən artıq güclü olmalısan. Həm də kimin necə düşünməsindən asılı olmayaraq, beynəlxalq hüquqa əsaslanıb ədalətlə davranmalısan.
Təbii ki, bu başqa bir söhbətin mövzusu olsa da, ABŞ prezidenti Trampın beynəlxalq hüquqdan uzaq, son ədalətsiz davranışları uzunmüddətli qalibiyyətə, uğura gətirə bilməyəcək addımdır. Tarixdə mövcud olan acı təcrübələr göstərir ki, ədalətdən, hüquqdan uzaq, hegemonluq, dünyaya meydan oxumaq kimi ideyalar nəticədə gerçəkləşsə də, uzunömürlü olmur".