AZ

Qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar edilib

Bakı, 5 mart, AZƏRTAC

Polis əməkdaşları İsmayıllı rayonunun Mücühəftəran, Qəbələ rayonunun Mirzəbəyli, Hacıalılı kəndləri və Nic qəsəbəsi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına və qanunsuz kömür istehsal etdiyinə görə 4 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bundan əlavə Qəbələ şəhəri ərazisində məişət tullantılarını urnalardan kənara atdığına görə bir nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

Qeyd olunub ki, ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə görülən tədbirlər davam etdirilir.

 

Seçilən
32
3
azertag.az

5Mənbələr