AZ

Bu 2 MMC 3 milyonluq tender uddu

"Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi ilə "Polimart" MMC və "Sem-az" MMC arasında ümumi dəyəri 3 milyonluq müqavilə imzalanıb. 

Valyuta.az xəbər verir ki, “Polimart” MMC ilə bağlanmış müqavilə polietilen (HDPE), PVC və beton boruların satın alınması ilə bağlıdır və dəyəri 2 milyon 99 min 714 manat təyin olunub. 

"Sem-az" MMC ilə bağlanan müqavilə isə laboratoriya üçün avadanlıqlar, mal materiallar və reagentlərin satın alınması ilə bağlıdır və tərəflər arasında bağlanan satınalma müqaviləsinin dəyəri 1 milyon 49 min 688 manat hesablanıb. 

Qeyd edək ki, “Polimart” MMC-nin qanun təmsilçisi Musayev Fərhad Aslan oğludur, şirkət 2015-ci ilin avqust ayında qeydiyyatına alınıb. “Sem-az” MMC-nin qanuni təmsilçisi isə Məmmədov Anar Fikrət oğludur. Şirkət 2009-cu ilin may ayında dövlət qeydiyyatına alınıb. 

Sərvanə Rəmixanova

Seçilən
21
valyuta.az

1Mənbələr