AZ

Danimarka XİN başçısı: Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna hörmət edirik

Qrenlandiyanın qərarının nə olacağına dair çox nikbinəm.

APA xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə birgə mətbuat konfransında bildirib.

“Biz Şimalda və Arktikada təhlükəsizlik məsələlərinə gəldikdə amerikalı dostlarımızla işləməyə hazırıq”, - Rasmussen vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcəyini bildirmişdi.

Seçilən
63
5
apa.az

6Mənbələr