AZ

Rafiq Verdiyev: "İri çayların Ermənistan tərəfindən çirkləndirilməsi davam edir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İri çayların Ermənistan tərəfindən çirkləndirilməsi davam edir".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Xidmətinin Kadastr şöbəsinin müdiri Rafiq Verdiyev mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan tərəfindən iri çayların çirkləndirilməsi Araz çayının aşağı axarında da fəsadlara səbəb olur:
"Biz bu istiqamətdə işləri davam etdiririk. Gürcüstanla işlərin görülməsi planlaşdırılır. Gürcüstanla əməkdaşlıq timsalında digər ölkələrlə bu sahədə əməkdaşlığı genişləndirmək istəyirik. Çalışırıq ki, həm yerli, həm də transsərhəd sular hesabına əhalinin suya olan ehtiyacını qarşılayaq".
Aygün Mirakif
Seçilən
19
oxu.az

1Mənbələr