2025-ci ilin yanvar-fevral aylarında “Unicapital İnvestisiya Şirkəti”nin “Bakı Fond Birjası”da apardığı əməliyyatların həcmi 434,4 milyon manat təşkil edib.
“Yeni Sabah” xəbər verir ki, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 17,5% və ya 92,1 milyon manat azalıb. Belə ki, 2024-cü ilin eyni dövründə “Unicapital”ın dövriyyəsi 526,4 milyon manat təşkil edib.
Son bir ildə yerli birja üzrə bağlanan əqdlərin sayı isə 777-dən 1331-ə yüksəlib. Başqa sözlə, bir əqdin orta dəyəri 677,5 min manatdan 326,3 min manata enib.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.
Telegram kanalımız