EN

“Unicapital” ilə pis başladı: Birja itkiləri 92 milyon manatı ötdü

2025-ci ilin yanvar-fevral aylarında “Unicapital İnvestisiya Şirkəti”nin “Bakı Fond Birjası”da apardığı əməliyyatların həcmi 434,4 milyon manat təşkil edib. 

“Yeni Sabah” xəbər verir ki,  investisiya şirkətinin birja əməliyyatları son bir ildə 17,5% və ya 92,1 milyon manat azalıb. Belə ki, 2024-cü ilin eyni dövründə “Unicapital”ın dövriyyəsi 526,4 milyon manat təşkil edib.

Son bir ildə yerli birja üzrə bağlanan əqdlərin sayı isə 777-dən 1331-ə yüksəlib. Başqa sözlə, bir əqdin orta dəyəri 677,5 min manatdan 326,3 min manata enib. 

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir.  Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.


Telegram kanalımız
Chosen
13
yenisabah.az

1Sources