AZ

Bu il ərzində 150 əmək yarmarkasının təşkil olunması planlaşdırılır

Bakı, 5 mart, AZƏRTAC

Bugünkü əmək yarmarkasında təqdim edilmiş vakansiyaların əksəriyyəti peşə və ixtisas tələb edən sahələrlə bağlıdır. Belə ki, vakansiyaların böyük əksəriyyəti bank, sığorta, istehsal və xidmət, emal sənayesini əhatə edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Ramal Quluzadə deyib.

Bu il ərzində 150 əmək yarmarkasının keçirilməsinin planlaşdırıldığını qeyd edən R. Quluzadə işğaldan azad edilmiş ərazilərdə təşkil olunacaq əmək yarmarkalarından da danışıb. O xatırladıb ki, ötən il işğaldan azad edilmiş ərazilərdə 10 əmək yarmarkası, 1 peşə yarmarkası təşkil edilib: "Cari ildə işğaldan azad edilmiş ərazilərimizdə iki əmək yarmarkası keçirilib. İl ərzində ardıcıl olaraq işğaldan azad edilmiş ərazilərdə əmək yarmarkaları təşkil olunacaq”.

Seçilən
20
azertag.az

1Mənbələr