AZ

Mauro İkardidən inanılmaz hərəkət – Övladına görün nə edib?!

Tanınmış model və iş xanımı Vanda Nara keçmiş həyat yoldaşı, argentinalı futbolçu Mauru İkardiyə qarşı məhkəmə iddiası qaldırıb.

Yenisabah.az xəbər verir ki, Vanda Nara İkardinin onların övladına dəfələrlə şiddət tətbiq etdiyini iddia edib.

Məhkəmə sənədlərində Vanda Naraya aid olduğu bildirilən ifadələrdə “Çox qorxuram, övladımı qorumağa çalışıram” kimi fikirlər yer alıb. O, uşaqlarının təhlükəsizliyini təmin etmək üçün hüquqi addımlar atdığını bildirib.

İkardi isə bu ittihamlarla bağlı hələlik rəsmi açıqlama verməyib. O, hazırda Türkiyənin "Qalatasaray" klubunda çıxış edir.

Hadisə Argentina mediasında geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı rəsmi qurumların hansı qərarı verəcəyi maraqla gözlənilir.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
18
yenisabah.az

1Mənbələr