Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 5, 6, 7, 10 və 11 mart tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq.
Bu barədə News24.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq yaşayış massivinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.