Sumqayıtda 59 yaşlı qadın qonşu qadın tərəfindən bıçaqlanıb.

Leqal.info xəbər verir ki, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində baş verib.

1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info