AZ

Avstraliya nadir tropik siklona hazırlaşır

Avstraliya Brisben şəhərinə doğru hərəkət edən nadir tropik siklona hazırlaşır.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Səlahiyyətlilər sel təhlükəsi olan şəhərətrafı qəsəbələrin sakinlərin dərhal təxliyəsinə çağırıb.

Martın 6-dan etibarən sürəti saatda 155 km-ə çatacaq dağıdıcı küləyin əsməsi mümkündür və “Alfred” tropik siklonunun martın 7-də Kvinslendin paytaxtı Brisben yaxınlığında 2-ci kateqoriyaya çatacağı gözlənilir.

Meteorologiya Bürosu xəbərdarlıq edib ki, bəzi ərazilərdə yağıntının miqdarı 800 mm-ə qədər təşkil edə bilər ki, bu da təhlükəli daşqınlarla nəticələnəcək.

Seçilən
23
1
report.az

2Mənbələr