AZ

Azərbaycanlı futbolçu özünü kuryer kimi təqdim edib, yaşlı kişinin 14 milyonunu aldı

"Fight Nights" media futbol klubunun yarımmüdafiəçisi və Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev dələduzluq işi üzrə həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Sport Baza" məlumat yayıb. 

Bildirilir ki, 31 yaşlı Abatsiyev yanvarın 24-də saxlanılıb. Belə ki, bir neçə nəfər özlərini “Mosenergosbyt” və "FSB" -nin əməkdaşları kimi təqdim edərək, 79 yaşlı Vladimir P-dən pul istəyiblər. 

Onlar təqaüdçünü kuryerə 14 milyon rubl (265 188 AZN) verməyə razı salıblar. Abdulla Abatsiyev də özünü kuryer kimi təqdim edib və yaşlı kişidən pulu alıb. 

Sabiq futbolçu törətdiyi cinayəti etiraf edib. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb. 27-də o, Preobrajenski Rayon Məhkəməsi tərəfindən həbs edilib.

Abdulla Abatsiyev azərbaycanlı futbolçudur və Rusiyanın müxtəlif klublarında da çıxış edib. 2014-cü ildə Azərbaycan millisinin heyətində ABŞ-yə qarşı oynayıb.

Gülayə Mecid

Seçilən
48
unikal.az

1Mənbələr