Vəkil Adəm Məmmədov həbs edilib.
Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.
Vəkil Asim Abbasovun APA-ya verdiyi məlumata görə, Adəm Məmmədov xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, onun qardaşı Xəyyam Məmmədov xüsusi ittiham qaydasında təqsirli bilinib. Məhkəmə onu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.
Tarix: 5 Mart 2025, 14:05