AZ

Rusiya Vaşinqtonla Tehran arasında vasitəçi olmağa hazırdır

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Vaşinqtonla Tehran arasında vasitəçilik etməyə hazır olduğunu söyləyib.

Kremlin təmsilçisi deyib: "Rusiya İranı müttəfiqi olaraq görür və nüvə məsələsi ilə bağlı Tehranla Vaşinqton arasındakı danışıqlarda  vasitəçi olmağa hazırdır. İran - bizim müttəfiqimiz, tərəfdaşımızdır. Onunla qarşılıqlı hörmət və qarşılıqlı mənfəət əsasında kompleks əməkdaşlığı inkişaf etdiririk. Rusiya bunun üçün mümkün olan hər şeyi etməyə hazırdır. Bu, Birləşmiş Ştatlara da bəllidir".

Peskov nüvə məsələsi ilə bağlı Tehranla olan problemlərin yalnız sülh və diplomatiya yolu ilə həll edilməli olduğunu qeyd edib".

Kremlin təmsilçisi İran məsələsinin Ər-Riyadda keçirilən görüşdə də müzakirə olunduğunu, lakin konkret təkliflərin irəli sürülmədiyini söyləyib. Bu məsələ ilə bağlı ayrıca məşvərət aparmaq planlaşdırılıb.

Hürr Tərcüman

Seçilən
23
hurriyyet.az

1Mənbələr