AZ

"Reyncers"lə matçdan öncə "Fənərbaxça"da 2 itki

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçında "Fənərbaxça" evdə "Reyncers"i qəbul edəcək. 

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in 2 futbolçusu avrokubok matçında iştirak edə bilməyəcək. 

Belə ki, Fred və Brayt Osayi Samuel sarı kart limitində olduqları üçün "Reyncers"lə matçda forma geyinə bilməyəcəklər. 

Zədəsi səbəbindən 1 aya yaxındır komandadan uzaq qalan İsmail Yüksek texniki heyət qərar verərsə, “Reyncers”lə oyun üçün heyətə qoşula biləcək.

Türkiyə millisinin üzvü sonuncu dəfə fevralın 9-da “Alanyaspor”la səfər oyununda çıxış edib və həmin matçda zədələnib.

Qeyd edək ki, "Fənərbaxça" - "Reyncers" matçı martın 6-da Şükrü Saracoğlu stadionunda keçiriləcək. Görüş Bakı vaxtilə saat 21:45-də start götürəcək. 

Alvarez Messinin uğurunu təkrarlayıb

PSJ-nin yarımmüdafiəçisi: "Liverpul"dan daha güclüyük"

Xabi Alonso: "Həmişə ən yaxşı komanda qalib gəlmir"

“Real”ın futbolçusu 300-ə çatdı

“Yunayted” Onananın əvəzləyicisini İspaniyada tapdı

Seçilən
25
apasport.az

1Mənbələr