"ABŞ gələcəkdə Marsda öz bayrağını qaldıracaq".
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.
Onun sözlərinə görə, ABŞ kosmosun tədqiqində lider ölkə olacaq: "Biz elmin sərhədsiz üfüqlərini fəth edəcəyik və Amerika bayrağını Mars planetində, hətta onun hüdudlarından çox uzaqlarda qaldıracağıq".
Xatırladaq ki, amerikalı biznesmen, "SpaceX" şirkətinin təsisçisi İlon Mask 2024-cü ilin sentyabrında iki ildən sonra Marsa kosmik gəmi göndərmək planları barədə danışıb. Bildirilib ki, kosmik gəmilərin göndərilməsində məqsəd planetə enişin təhlükəsizliyini yoxlamaq olacaq.
Milli.Az