AZ

Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununda

Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov beynəlxalq təyinat alıblar.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri AÇ-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Slovakiya oyununu idarə edəcəklər.

Qarşılaşma martın 12-də Türkiyənin Ərzincan şəhərində baş tutacaq.

Matçın birinci hakimi Qafarlı, ikinci hakimi Əmiraslanov, üçüncü hakimi Cəbrayılov olacaq.

Seçilən
20
fanat.az

1Mənbələr