Filippin Hərbi Hava Qüvvələri Bukidnon əyalətində təlim zamanı qəzaya uğrayan FA-50 qırıcı təyyarəsinin iki pilotunun öldüyünü təsdiqləyib.
AP News-un məlumatına görə , təyyarə kommunist partizanları ilə döyüşmək üçün gecə missiyasında idi.
“FA-50 təyyarəsi Bukidnondakı Kabanqlasan şəhəri yaxınlığında onlarla şübhəli Yeni Xalq Ordusu (NPA) yaraqlılarına qarşı döyüşən qoşunlara döyüş dəstəyi vermək üçün Hərbi Hava Qüvvələrinin digər qırıcıları ilə birlikdə yerləşdirilib”, – məlumatda deyilir.
Faciənin səbəbləri barədə məlumat verilmir.
Bundan əvvəl məlum olmuşdu ki, iki rusiyalı turist Filippinin Verde adasının yaxınlığında suya düşərkən həlak olub.
DOĞRU.AZ