Bu gün II Liqada 15-ci tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Ötən həftə qara görə Şamaxıya gedib çıxa bilməyən, “Şahdağ Qusar”ın gözünü yolda qoyması səbəbindən AFFA-nın İntizam Komitəsi tərəfindən 0:3 hesablı texnili məğlubiyyət alan“Kür-Araz” İmişlidə “Şəfa”nı qonaq edəcək.
“Dinamo” isə Binə qəsəbəsində “Qusar”la görüşəcək.
“Kür-Araz” – “Şəfa”
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Asif Abullayev, Nazim Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00
“Dinamo” – “Qusar”
Hakimlər: Vüqar Həsənli, Zakir Şükürzadə, Vüqar Bayramov, Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Binə qəsəbə stadionu, 15:00