AZ

“ABŞ Marsda öz bayrağını qaldıracaq”

"ABŞ gələcəkdə Marsda öz bayrağını qaldıracaq".

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb. 

Onun sözlərinə görə, ABŞ kosmosun tədqiqində lider ölkə olacaq: "Biz elmin sərhədsiz üfüqlərini fəth edəcəyik və Amerika bayrağını Mars planetində, hətta onun hüdudlarından çox uzaqlarda qaldıracağıq".

Xatırladaq ki, amerikalı biznesmen, "SpaceX" şirkətinin təsisçisi İlon Mask 2024-cü ilin sentyabrında iki ildən sonra Marsa kosmik gəmi göndərmək planları barədə danışıb. Bildirilib ki, kosmik gəmilərin göndərilməsində məqsəd planetə enişin təhlükəsizliyini yoxlamaq olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
5
olaylar.az

6Mənbələr