Markarovanın sözlərinə görə, Tramp çıxışı zamanı bu paylaşımı sitat gətirib və onu "məktub" adlandırıb. Həmin paylaşımda Zelenski ABŞ-a və şəxsən Trampa Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib, Kiyevin sonsuz müharibə istəmədiyini və sülh üçün işləməyə hazır olduğunu vurğulayıb.
Zelenskinin mətbuat katibi Sergey Nikiforov da Ukrayna liderinin Trampa heç bir rəsmi məktub göndərmədiyini təsdiqləyib.
Bundan əvvəl Tramp Zelenskidən məktub aldığını və Ukraynanın Rusiya ilə sülh danışıqlarına hazır olduğunu bildirib. Lakin söhbət rəsmi məktubdan yox, Zelenskinin X sosial şəbəkəsində paylaşdığı mesajdan gedirdi.
Ukrayna lideri həmin paylaşımında həmçinin vurğulayıb ki, Kiyev "istənilən vaxt və istənilən formatda" yeraltı sərvətlərə dair razılaşma imzalamağa hazırdır. Onun sözlərinə görə, bu addım daha güclü təhlükəsizlik təminatına doğru bir addım olacaq.
Zeynəb Mustafazadə