AZ

Laçında əmək yarmarkası keçiriləcək

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində DövlətMəşğulluq Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgəLaçın rayonunda əmək yarmarkası keçirəcək.

Trendxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial MüdafəsiNazirliyi məlumat yayıb.

Bildirilib ki, yarmarka martın 7-də saat 11:00-dan 13:00-a kimiAgentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayonxidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyevküçəsi, 138) təşkil olunacaq.

Tədbirdə bu il Laçında istifadəyə veriləcək Beynəlxalq HavaLimanında uçuşlаrın elektrik-işıq teхniki təminаtı, rabitə,aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, teхnоlоjiаvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dançox vakansiya təqdim ediləcək.

Seçilən
13
12
az.trend.az

10Mənbələr