İtaliya A Seriyasının oyunları ABŞ-də keçirilə bilər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, bunu sözügedən liqanın prezidenti Etsio Simonelli deyib:
"Biz ABŞ-də belə tədbir təşkil edən ilk liqa olmaq istəyirik. Bu, böyük ümidlər bəslədiyimiz bazardır. Başqa potensial alıcılarımız da var".
Qeyd edək ki, hazırda A Seriyasının turnir cədvəlinə 58 xalla "İnter" başçılıq edir. "Napoli" 57 xalla ikinci, "Atalanta" 55 xalla üçüncü, "Yuventus" 52 xalla dördüncüdür.