Hüquq və İnsan Haqları İnstitutu 2024-cü il malliyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Financial Reporting Center" MMC-dir.
Qalib şirkətə 1 416 manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 3 min manat ödənilib.