AZ

Rusiyaya kibercinayətlərdən dəyən ziyanın miqdarı açıqlanıb

2024-cü ildə Rusiyaya kibercinayətlərdən dəyən ziyan təqribən 200 milyard rubl (2.2 mlrd. dollar) təşkil edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, ölkədə kibercinayətlərin qurbanlarının təxminən 25%-i pensiyaçılar olub.

Putin bildirib ki, Rusiyanın dövlət miqrasiya siyasəti konsepsiyası 2025-ci ildə mümkün qədər tez qəbul edilməlidir. O, Daxili İşlər Nazirliyindən qanunsuz miqrasiya kanallarını qarşısını almağı tələb edib.

Seçilən
33
1
apa.az

2Mənbələr