AZ

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

2025- ci ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır. Bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Azərbaycanda saatlıq minimum əmək haqqının tətbiq edilməsinin faydası nədir? Bu proses maaşlara necə təsir edəcək? Ümumiyyətlə beynəlxalq təcrübədə saatlıq minimum əmək haqqı necə tənzimlənir?

Mövzu ilə bağlı iqtisadi məsələlər üzrə ekspert Rəşad Həsənov Referans.az - a açıqlamasında bildirib ki,saatlıq iş rejiminə keçid dəyişik iş rejimlərinin tənzimlənməsi imkanını genişləndirəcəkdir. Çünki mövcud əmək haqqı sistemi daha çox aylıq minimum əmək haqqına əsaslandığı üçün bəzi sahələrdə saatlıq minimum əməkhaqqının tətbiqini çətinləşdirir. Hazırda mövcud inzibatçılıq bu istiqamətdə mühasibatlığın işini mürəkkəbləşdirir. Hesab edirəm ki, birinci faydası bu məsələyə yönələcəkdir.

Ekspert həmçinin onu da bildirib ki, bu məsələdə beynəlxalq müqayisələr aparılması reallaşacaq. Çünki bir çox ölkələrdə saatlıq iş rejimi tətbiq edilir. Beləliklə də bu proses nəticəsində Azərbaycanda saatlıq iş rejiminə keçidlə bağlı vəziyyət təhlil olunacaqdır. Bu məsələdə əsas parametrlər saatlıq minimum əməkhaqqının nə qədər hansı səviyyədə müəyyən edilməsindən asılıdır. Yalnız bundan sonra biləcəyik ki, bu versiya faydalıdır yoxsa əvvəlki versiya.

"Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, iqtisadi sektorlar üzrə aylıq iş saatları bir - biri ilə ciddi şəkildə fərqlənir. Bu fərq bəzi hallarda 168 saat bəzi hallarda isə 137 saatla fərq olur. Bu da müəyyən mənada ədalətsizliyə səbəb olur. Düşünürəm ki, Azərbaycanda saatlıq minimum əmək haqqının tətbiqi də ən böyük töhfəni məhz bu istiqamətdə verəcək", deyə Rəşad Həsənov əlavə edib.

Bünyamin Bünyadzadə 

Referans

Seçilən
23
2
referans.az

3Mənbələr