Ötən gün Ankarada Türkiyə ilə Böyük Britaniya arasında Suriya ilə bağlı məsləhətləşmələr keçirilib.
Xarici işlər nazirinin müavini Nuh Yılmaz ilə Böyük Britaniyanın Yaxın Şərq və Şimali Afrika üzrə dövlət naziri Hamiş Falkonerin sədrliyi ilə keçirilən məsləhətləşmələrdə Suriya başda olmaqla ortaq gündəmdə olan regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə üç mesaj verdi:1- Suriyada hər cür separatizmə yer yoxdur.2- Suriya rəhbərliyi terrorla mübarizədə dəstəklənməlidir.3- Ön şərt olmadan bütün sahələrdə sanksiyalar tamamilə ləğv edilməlidir.