Azərbaycan Basketbol Liqasında növbəti oyun günü baş tutacaq.

Offsideplus.az xəbər verir ki, Azarkeşlər bu gün iki qarşılaşmaya şahidlik edəcəklər.

İlk oyun Şəki Olimpiya İdman Kompleksində keçiriləcək. Saat 14:00-da “Şəki” və “Ordu” komandaları üz-üzə gələcək.

Günün ikinci qarşılaşması isə Sərhədçi İdman Mərkəzində baş tutacaq. Saat 19:00-da “Quba” və “Gəncə” komandaları qarşılaşacaq.

5 mart

14:00 "Şəki" 45-36 "Ordu" (Fasilə)

Şəki Olimpiya İdman Kompleksi

19:00 "Quba" - "Gəncə"

Sərhədçi İdman Mərkəzi