AZ

Azərbaycan və Qazaxıstan elmi müəssisələri memorandum bağlanmasına dair razılıq əldə edib

Bakı, 5 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə Qazaxıstan Respublikasının J.Jiembaeva adına Bitki Mühafizəsi və Karantin Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq məqsədilə onlayn görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib.

Görüşdə Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən dosent Minarə Həsənova, Bitki mühafizəsi laboratoriyasının müdiri dosent Şaməddin Qəhrəmanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilov iştirak ediblər. Görüşdə Dendrologiya İnstitutunda aparılan tədqiqatlar və qazanılan nailiyyətlər barədə məlumat verilib. Hər iki qurum tərəfindən birgə elmi-tədqiqat işlərinin aparılmasına dair memorandumun bağlanmasına dair razılıq əldə olunub.

Bitki Mühafizəsi və Karantin Elmi Tədqiqat İnstitutunun laboratoriya müdiri dosent Nurcan Muhammadiyev Dendrologiya İnstitutu ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Seçilən
15
azertag.az

1Mənbələr