AZ

"Barselona" yeni qapıçı axtarır - siyahıda 3 namizəd var

"Barselona" yeni qapıçı axtarır.

90deqiqe.Az "Fichajes"ə istinadən xəbər verir ki, "blauqrana" yaxın onillik üçün qapıçı ilə müqavilə imzalamaq istəyir.

Hazırda "Barselona"nın qısa siyahısında üç namizədin olduğu deyilir: Bart Verbruggen ("Brayton"), Lukas Şevalier ("Lill") və Joan Qarsia ("Espanyol").

Bildirilir ki, seçim “Barselona”nın maliyyə vəziyyətindən, eləcə də daxili qapıçı vəziyyətindən asılı olacaq.

26 turdan sonra Hans-Diter Flikin komandası 57 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.

Seçilən
26
90deqiqe.az

1Mənbələr