Bu il Slovakiyada 21 yaşadək futbolçulardn ibarət milli komandalar arasında təşkil olunacaq Avropa çempionatının final mərhələsində azərbaycanlı hakimlər də olacaq.

Offsideplus.az xəbər verir ki,  UEFA  qitə birinciliyində ədalət prinsiplərini qorumaq üçün ölkəmizdən 3 hakimə dəvət göndərib.

Bunlar FIFA referisi Elçin Məsiyev və onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbovdur. Bütün hakimlər I dərəcəli kateqoriyaya malikdirlər.

Avropa çempionatı bu il iyunun 11-dən 28-dək keçiriləcək. Yarışda qitənin 16 komandası mübarizə aparacaq.