Olaylar.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Kaya Ülger deyib.
O qeyd edib ki, Londonda keçirilən sammitdə Macarıstan və Slovakiyadan başqa bütün Avropa İttifaqı (Aİ) ölkələri münaqişədə Zelenski və Ukraynanı dəstəkləyəcəklərini bildiriblər:
"ABŞ Prezidenti Donald Tramp isə pərdəarxasında Avropa və Ukraynanı istisna edən danışıqlara başlamağa çalışır. İndiki mərhələdə Avropa tərəfinin ABŞ-ın öhdəliklərini davam etdirməsini təmin etmək üçün Zelenskiyə təzyiq göstərdiyi görünür. Düşünürəm ki, Zelenski məktubu da bu səylərinin davamı olaraq yazıb".
Ekspertin sözlərinə görə, NATO-nun avropalı tərəfdaşları Aİ-nin prosesdən tamamilə kənarda qalmasının qarşısını almağa çalışırlar:
"Onlar çox güman ki, müdafiə xərclərini artırmaqla ABŞ-ın sistem daxilində qalmasına çalışacaqlar". (Globalinfo)