AZ

İranda Əfqanistan vətəndaşları edam edilib

İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərinin həbsxanasında 7 məhkum edam edilib.

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, edam edilənlər narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.

Edam edilənlərdən ikisinin Əfqanistan vətəndaşı olduğu bildirilib.

Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və insan haqları təşkilatları onların 975-nin kimliyi müəyyənləşdirilib.

Bu son 30 il ərzində İranda həyata keçirilən ən yüksək edam sayıdır.

visiontv.az



Seçilən
24
visiontv.az

1Mənbələr