AZ

Qaynı ilə ər-arvad kimi yaşadı, ərini öldürüb tualetə atdılar - Dəhşətli hadisənin detalları / VİDEO

Bu hadisə barədə danışmaq asan deyil. Çünki bu cinayətin detalları hər gün eşitdiyimiz hadisələrdə qarşımıza çıxmır. Beləliklə, 17 il əvvəl baş verən və rayon camaatını şoka salan bir cinayət hadisəsini təqdim edirik.
Rüstəm və Nuru ağır uşaqlıq keçirmişdilər. Ataları ölmüş, anaları da canına qəsd etmişdi. Bacıları uşaq evinə verilmiş, özlərinə isə qohumları baxmışdı. Beləcə böyümüşdülər. Beləliklə gün gəlir böyük qardaş Rüstəm Gəncədən Mədinə adlı bir qızla evlənir, ata evini təmir edir, burda yaşamağa başlayır.

Balaca qardaş Nuru da əsgərlikdən qayıdır. Nuru da meyvə qutuları hazırlamaqla pul qazanır. Rüstəm dolanışıqları yaxşı olmadığından tez-tez həyat yoldaşı və azyaşlı qızını atası evinə qoyur, özü də Bakıya işləməyə gedir. Rüstəm növbəti dəfə 2008-ci ilin fevralında həyat yoldaşı Mədinə Qurbanovanı qayınatasıgilə qoyaraq paytaxta üz tutur. Bir müddət Bakıda işləyir. Martın 4-ü gecə saat 12 radələrində yoldaşına zəng edərək sabah rayona qayıdacağını və onu da evə aparacağını deyir. Səhər saatlarında isə qaynı Nuru Mədinəyə zəng edir və deyir ki, Rüstəm rayona qayıdıb, sonra yenidən paltarlarını yığaraq Bakıya qayıdıb. 15 günə qayıdacaq.

Gedəndə Nuruya tapşırıb ki, arvadı və uşağını evə gətirsin. Beləliklə, Mədinə qaynı ilə razılaşaraq onunla Gəncədəki ata evindən çıxaraq, öz evlərinə gəlirlər. Bu hadisədən sonra Rüstəm evə zəng etmir. Günlər keçir, aylar ötür... Rüstəmin nə atası var, nə anası... Bacıları da uşaq evindən sonra əlaqələni itirib. Onun bir qardaşı, bir həyat yoldaşı bir də qızı var. Onun Bakıya getməsindən bir il ötür və kimsə onunla bağlı polisə məlumat vermir. Düz bir il sonra Novruz bayramı günü Rüstəmin qayınanası, Mədinənin anası Gəncədən qızının evinə, bayramlığa gəlir. Rüstəmdən niyə xəbər olmadığını soruşur və bayram günü də onun evə gəlməməsinin ciddi səbəbinin olduğunu deyir. Gəlinini də, Rüstəmin qardaşını da qınayır ki, niyə polisə məlumat vermirsiz.

Bu hadisədən sonra özü polisə məlumat vermək istədiyini deyir. Nuru isə deyir ki, qardaşı Rüstəm Bakıda telefon oğurluğu ilə məşğuldur. Şəkli polislərdədir. Biz müraciət edən kimi kimliyi bilinəcək və onu həbs edəcəklər. Yaxşısı budur ki, polisə məlumat verməsinlər. Mədinənin anası Zərnigar kürəkənini çox istəyirdi. O, Rüstəmdən razı idi. Çünki Rüstəm həyat yoldaşına da, xəstə uşağına da hər şeyi etməyə çalışırdı. İndi onun yoxa çıxması qayınanaın vicdanını rahat buraxmırdı. Zərnigar polisə müraciət məsələsində Nuru ilə razılaşsa da, Gəncəyə qayıdanda kürəkəninin itkin düşməsi ilə bağlı polisə məlumat verir və fotoşəklini təqdim edir. Polis onun fotoşəkli ilə aidiyyatı üzrə sorğu aparsa da, Rüstəmi gördüm deyən olmur.

İlk olaraq, həyat yoldaşı və qardaşı dindirilir. Onlar da hazırda sizin bildiyiniz məlumatları polisə danışır. Deyirlər ki, martın 4-dən sonra evlə əlaqə saxlamır. Deyilənə görə Bakıda oğurluqla məşğuldur.


Daha ətraflı videoda:



Seçilən
27
referans.az

1Mənbələr