AZ

Çindən Trampa cavab: Biz müharibəyə hazırıq!

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Çinə tətbiq edilən gömrük rüsumlarını 10 faizdən 20 faizə qaldırıb.

Publika.az xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyi Trampın bu qərarı ilə bağlı açıqlama verib.

“Əgər ABŞ-ın istədiyi müharibədirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi və ya hər hansı digər müharibə növü olsun, biz sona qədər mübarizə aparmağa hazırıq”, - deyə Çin səfirliyinin açıqlamasında bildirilib.

Roza

Seçilən
25
publika.az

1Mənbələr