AZ

F-16-dan atılan “Gözde” tuşlama dəsti hədəfi dəqiqliklə vurub

ASELSAN şirkətinin istehsal etdiyi “Gözde” tuşlama dəstinin F-16 qırıcısından atış sınağı həyata keçirilib.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sınaq zamanı “Gözde” tuşlama dəstli aviasiya bombası yüksək sürətlə hərəkət edən yerüstü hədəfi dəqiqliklə vurub.

ASELSAN ilə TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə inkişaf etdirilən “Gözde”, 227 kiloqramlıq Mk-82 ümumi təyinatlı aviasiya bombalarını ANS/KKS və Lazer Arayıcı Başlıqlı (LAB) idarə olunan sursatlara çevirərək istifadəçiyə yerdəki sabit və hərkətli hədəfləri dəqiqliklə vura bilmək imkanı qazandırır.

Onun Mk-82 aviasiya bombası ilə birlikdə ümumi kütləsi 265 kiloqram, uzunluğu 2590 millimetr və mənzili 28 kilometrdir. Maksimum 40000 ft yüksəklikdən atıla bilən “Gözde” tuşlma dəsti, “Akıncı” pilotsuz uçuş aparatları (PUA), F-16 və F-4E qırıcıları tərəfindən istifadə edilmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında ASELSAN şirkəti “Gözde” tuşlama dəstini Türkiyə Silahlı Qüvvələrinə təhvil verib.

Bundan başqa, “Gözde”, ixrac uğuru da əldə edib. Belə ki, 2024-cü ilin martında ASELSAN şirkəti adı açıqlanmayan beynəlxalq müştərilərə 35.1 milyon ABŞ dolları dəyərində GÖZDE və ASELFLIR-500 sistemlərinin tədarük edilməsi ilə bağlı müqavilələrin imzalandığını bildirib. Bununla da hər iki sistemin ilk ixracı həyata keçirilib.

Seçilən
50
poliqon.az

1Mənbələr