Ukraynanın "Dinamo" klubunun sabiq futbolçusu Sergey Juravlyov vəfat edib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, keçmiş müdafiəçi 65 yaşında ölüb.
Qeyd edək ki, Sergey Juravlev 1980 və 1981-ci ildə Kiyev təmsilçisinin heyətində SSRİ çempionu olub.