Rus əsgərlərinin Kursk vilayətinin Suji şəhərini tamamilə ələ keçirməsinə çox az vaxt qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı Rusiya Silahlı Qüvvələrinin 810-cu briqadasının dənizçilərinə istinadən yazıb.
Hərbçilərin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin daimi atəşə tutulması və Rusiya ordusunun bir hissəsini Sumı vilayətinə aparan 38k-004 magistral yolunu atəşə nəzarət altında saxlaması səbəbindən sursat əldə etməkdə problemlər yaranmağa başlayıb.
Hazırda Rusiya Silahlı Qüvvələri Malaya Lokna, Novaya Soroçin, Staraya kəndi, həmçinin Quevo və Maxnovka ərazilərində döyüşür.