AZ

Pakistanda partlayış: ölənlərin sayı artdı

Pakistanın Xayber-Paxtunxva əyalətinin Banu şəhərindəki hərbi obyektdə baş verən terror aktı nəticəsində 13 mülki şəxs və 5 hərbçi həlak olub.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi Pakistan hərbçilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, martın 4-də terrorçu-kamikadzelər partlayıcı yüklənmiş iki avtomobillə Bannu şəhərindəki hərbi bazaya hücum ediblər. Hücum on nəfərdən çox yaraqlı tərəfindən təşkil edilib.

Bildirilib ki, çoxsaylı partlayışlar kompleksin xarici divarının qismən uçmasına və yaxınlıqdakı infrastrukturun zədələnməsinə səbəb olub. Yaxınlıqda yerləşən məscid və yaşayış evinə də böyük ziyan dəyib.

Əks-hücum zamanı öldürülən 16 yaraqlı arasında dörd terrorçu-kamikadze olub.

Xəstəxanadan vurğulanıb ki, zərər çəkmiş mülki şəxslərin bir neçəsi dağıntılar altında qalıb.

Seçilən
31
6
axar.az

8Mənbələr