AZ

Qızıl Aypara Cəmiyyəti ADPU-da qanvermə aksiyası keçirib

Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Cəmiyyətin ADPU bölməsinin birgə təşkilatçılığı ilə AzQAC-ın fəaliyyətə başlamasının 105 illiyi və AzQAC-ın ADPU bölməsinin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə universitet əməkdaşları və tələbələri arasında qanvermə aksiyası keçirilib.

Aksiyanın açılışında Pedaqoji Universitetin, AzQAC-ın və AzQAC-ın ADPU bölməsinin  rəhbərliyi iştirak edib.

Aksiyad iştirak edənlər xeyriyyə məqsədilə qan veriblər, onlara Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri haqqında ətradflı məlumat verilib, bukletlər paylanılıb.

Qeyd edək ki, martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 105 illiyi tamam olur. Respublikada fəaliyyət göstərən və rəsmən rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır.  

Seçilən
33
1
xalqqazeti.az

2Mənbələr