AZ

Ukraynanı yenidən qurmaq üçün FANTASTİK MƏBLƏĞ

Ukraynanın Baş naziri Denis Şmıqal 10 il ərzində ölkəsinin bərpası və yenidən qurulması üçün 524 milyard dollara ehtiyac duyulacağını bildirib.

Turkustan/az xəbər verir ki, iyulun 10-11-də İtaliyanın Romada ev sahibliyi edəcəyi “Ukraynanın Yenidənqurulması Konfransı”na hazırlıq çərçivəsində italiyalı və ukraynalı dövlət, özəl sektor nümayəndələri Milanda ilkin görüş keçiriblər. İclasa videomüraciət göndərən Baş nazir Şmıqal bildirib ki, Dünya Bankının son zərərin qiymətləndirilməsi və ehtiyacların qiymətləndirilməsi hesabatında Ukraynanın növbəti 10 il ərzində bərpa və yenidənqurma üçün 524 milyard dollara ehtiyacı olacağı təxmin edilir:

“Ukraynanın bərpası və yenidən qurulması İkinci Dünya müharibəsindən sonra Avropada həyata keçirilən ən böyük yenidənqurma layihəsidir".

Şmiqal xüsusilə enerji sektoru, infrastruktur, logistika, kənd təsərrüfatı və informasiya sistemlərinə sərmayə qoyulmasının vacibliyini bildirib. “Biz çalışırıq ki, Ukrayna müharibədən dərhal sonra Avropa İttifaqına (Aİ) qoşulmağa hazır olsun, bu, geri dönməz prosesdir”,- deyən Şmiqal Ukraynanın təbii ehtiyatları, insan kapitalı və coğrafi mövqeyi sayəsində Avropa iqtisadiyyatının inkişafına töhfə verəcəyini qeyd edib. /Cebheinfo.az/

Seçilən
15
1
turkustan.az

2Mənbələr