AZ

İngiltərə klubunun üzvü dopinqə görə futboldan kənarlaşdırılıb

İngiltərənin "Hall Siti" klubunun futbolçusu Oskar Zambrano 16 ay müddətinə futboldan kənarlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, buna 20 yaşlı ekvadorlu yarımmüdafiəçidən götürülən dopinq testinin müsbət nəticə verməsi səbəb olub.

Qeyd edək ki, O.Zambrano Çempionşip təmsilçisinin heyətində bu mövsüm 34 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
14
1
yeniazerbaycan.com

2Mənbələr