Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, günün yeganə görüşü Tovuz şəhər stadionunda "Kəpəz" və "Neftçi" arasında keçirilib.

Bu matç Gəncə təmsilçisi üşün revanş xarakteri daşıyıb. Məsələ burasındadır ki, Azər Bağırovun yetirmələri ötən həftə Azərbaycan kubokunun 1/4 finalında məhz "Neftçi"yə uduzaraq (0:2; 0:1), mübarizəni dayandırıblar. 

Digər tərəfdən turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan "Kəpəz" (19 xal) Misli Premyer Liqasında yerini qorumaq üçün vacib xal və ya xallar qazanmaq niyyətində idi. Əks halda, sonuncu sıranın sahibi "Səbail"lə 1 xal fərqi artırmaq mümkün olmayacaqdı. 

Azər Bağırovun yetirmələri "Netfçi"ni minimal hesabla üstələyərək, istəklərinə çatıblar.

“Kəpəz” – “Neftçi” 1:0

Şevroni Mabatşoyev, 50

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Asif Əliyev

Tovuz şəhər stadionu