Misli Premyer Liqasının 25-ci turunda evdə "Neftşi"yə 1:0 hesabı ilə qalib gələn "Kəpəz"in baş məşqçisi Azər Bağırov qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında belə danışıb:
"Maraqlı, mübarizəli və qol şansı baxımından baxımlı oyun oldu. Hesab daha böyük ola bilərdi. Komandamı Bakıdakı qarlı havada kubok oyunundan sonra yaxşı motivasiya edə bilmişdik.
Vaqif Cavadovun açıqlaması ilə tanış deyiləm. "Sumqayıt"la səfərdə oynayacağıq, onların heyəti güclüdür. Təbii ki, bunlar ehtiyatlanmağa əsas verir. Qalanını oyun göstərəcək".
Mirağa